|
|
|
Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev çərşənbə günü müdafiə nazirinin Azərbaycan prezidenti postuna İlham Əliyevin namizədliyini irəli sürməsinə dair bəyanatını şərh edərkən bildirib ki, ordu siyasətə qarışmamalıdır. |
|
ətraflı ___________________________________________________________________________________________________________ |
|
|
Bakıda "Azərbaycan-İsrail dostluq parkı"nın açılışı gələn həftəyə qədər təxirə salınıb. Bu barədə Trend News-a İsrailin Azərbaycandakı səfiri Artur Lenk məlumat verib.
Mayın 8-də İsrailin müstəqillik günündə səfirlik Bakıda Dostluq parkı açmağı planlaşdırırdı. |
|
ətraflı ___________________________________________________________________________________________________________ |
|
|
Azərbaycan Parlamentinin Regional məsələlər daimi komissiyasının sədri hesab edir ki, ölkənin kiçik bələdiyyələri birləşməlidir. "Azərbaycanda elə bələdiyyələr var ki, seçicilərinin ümumi sayı 50 nəfərdir. Belə bələdiyyələr heç bir iqtisadi, maliyyə imkanlarına malik deyillər və hər hansı iş görə bilmirlər", -deyə çərşənbə günü Trend News-a açıqlamasında Azərbaycan Parlamentinin Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə bildirib. |
|
ətraflı ___________________________________________________________________________________________________________ |
|
|
Bakıda Azərbaycan və Türkiyə arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri nəzərdən keçiriləcək. Danışıqlar Türkiyə Böyük Millət Məclisinin sədri Keksal Toptanın Azərbaycana rəsmi səfəri zamanı aparılacaq. |
|
ətraflı ___________________________________________________________________________________________________________ |
|
|
"Prezidentlik müddətinin uzadılması ilə bağlı təkliflərimi 2013-cü ildə yenidən aktuallaşdıracağam. Bu məsələni Azərbaycanda birinci dəfə qaldıran şəxs mən olmuşam və hazırda bu mövzunu qapatmışam". APA-nın məlumatına görə, bu fikirləri millət vəkili, Milli Məclisin aqrar siyasət komissiyasının sədri Eldar İbrahimov söyləyib. |
|
ətraflı ___________________________________________________________________________________________________________ |
|
|
Seçki təbliğatının müddətinin 4 aydan 2 aya endirilməsi ilə bağlı təklif Prezident Aparatında müzakirə olunmayıb. APA-nın xəbərinə görə, bu barədə məlumat verən Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev ayrı-ayrı deputatların və partiya təmsilçilərinin belə təkliflərlə çıxış etməsindən xəbərdar olduğunu deyib |
|
ətraflı ___________________________________________________________________________________________________________ |
|
|
"Azərbaycanda ərzaq qıtlığı təhlükəsi yoxdur. Ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı prezidentin sərəncamı var. Nazirlər Kabineti bununla bağlı təkliflər hazırlayacaq". APA-nın məlumatın görə, bunu Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev deyib. R. Mehdiyev ölkədə əmək haqlarının artırılacağını qeyd edib: "Bunu prezident də dəfələrlə bəyan edib. |
|
ətraflı ___________________________________________________________________________________________________________ |
|
|
"Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində, ilin sonunadək Azərpoçt DM-in bütün poçt əməliyyatları avtomatlaşdırılacaq. Bu barədə çərşənbə günü Dövlət Müəssisəsindən məlumat veriblər. |
|
ətraflı ___________________________________________________________________________________________________________ |
|
|
ABŞ-ın Azərbaycanda prezident seçkilərinin demokratik və şəffaf keçirilməsi üçün ayırdığı üç milyon dolların hansı sahələrə xərclənməsi məsələsi siyasi partiya nümayəndələrinin iştirakı ilə Birləşmiş Ştatların Bakıdakı səfirliyində müzakirə olunub. "Səfir Enn Dersi ilə keçirilən görüşdə yeddi müxalifət lideri və hakim Yeni Azərbaycan Partiyasının nümayəndəsi iştirak edib",-deyə çərşənbə günü Trend News-a açıqlamasında görüşdə müxalifət nümayəndəsi kimi iştirak edən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı bildirib. |
|
ətraflı ___________________________________________________________________________________________________________ |
|
|
Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda qurumun martın 12-də keçirilmiş toplantısının protokolu təsdiq olunub. İclasda bəzi Dairə Seçki Komissiyalarının (DSK) tərkibinə dəyişiklik edilməsi məsələsinə baxılıb və 52 saylı Quba, 93 saylı Bərdə şəhər, 120 saylı Cəbrayıl-Qubadlı, 94 saylı Bərdə kənd, 9 saylı Binəqədi II, 108 saylı Ağstafa, 3 saylı Babək-Kəngərli, 25 saylı Nizami II və digər komissiyaların tərkibinə dəyişiklik edilib. |
|
ətraflı ___________________________________________________________________________________________________________ |
|
|
Mərkəzi Seçki Komissiyası (MSK) bu ilin payızında keçiriləcək prezident seçkiləri ilə bağlı Təqvim Planı hazırlayır. APA-nın məlumatına görə, MSK sədri bildirib ki, hazırda üzərində iş gedən Təqvim Planı seçkilərə start verilənə kimi tam hazır olacaq: "Qanuna görə, seçkilərə start verilən vaxtdan 48 saat gec olmayaraq təqvim planı mətbuatda dərc olunmalıdır. |
|
ətraflı ___________________________________________________________________________________________________________ |
|
|
Salyan rayonunda bir neçə tibb müəssisəsinin açılış mərasimi olub. Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan rayon İcra Hakimiyyətinin ictimai əlaqələr şöbəsinin müdiri Kərəm Muradov məlumat verib. Səhiyyə Nazirinin müavini Elsevər Ağayev yeni tikilmiş 25 çarpayılıq Qaraçala qəsəbə xəstəxanasının və Kərimbəyli kənd Həkim Ambulatoriyasının açılış mərasimində iştirak edib. |
|
ətraflı ___________________________________________________________________________________________________________ |
|
|
Dünən 6 saylı Cəzaçəkmə Müəssisində məhbuslar üçün yaradılan kompüter mərkəzinin açılışı olub. APA-nın məlumatına görə, tədbirdə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə iştirak ediblər. N. Ələkbərov bildirib ki, Penitensiar Xidmət Cəzaçəkmə müəssisələrində müasir standartlara cavab verən şəraitin yaradılması istiqamətində işlər görür. |
|
ətraflı ___________________________________________________________________________________________________________ |
|
|
|
 16 il Şuşasız...
| |
|
ətraflı ___________________________________________________________________________________________________________ |
|
|
Çin parlamentinin sədri Vu Banqquonun Azərbaycana səfəri zamanı iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi məsələsi müzakirə olunacaq. "Mayın sonlarında Çin parlamentinin sədri Banqquo Azərbaycana rəsmi səfərə gələcək. Səfər Azərbaycan parlamentinin sədri Oqtay Əsədovun dəvəti ilə həyata keçiriləcək", -deyə bazar ertəsi Trend News-a Azərbaycan parlamentinin Beynəlxalq əlaqələr şöbəsindən məlumat verilib. |
|
ətraflı ___________________________________________________________________________________________________________ | |